çərşənbə axşamı 11 noyabr 2025 - 06:14
Ayətullah Ərafinin düşüncə sistemində şəhərə və vətəndaşlara xidmət / Bələdiyyə sədrləri təkcə infrastruktur menecerləri deyillər

Elmi Hövzələrin rektoru, əyalət mərkəzlərinin bələdiyyə sədrləri ilə görüşü zamanı, nicat və kamilliyin yolunun ‘ibadətlə' ‘xidmətin' vəhdətində olduğunu bildirib və deyib: Səmimi qəlbdən, ilahi niyyətlə görülən xidmət ibadətə bərabərdir və şəhərləri nurani, insani və ədalət yönümlü bir mühitə çevirə bilər.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Hövzə Elmləri Rektoru Ayətullah Əlirza Ərafi, ölkənin əyalət mərkəzlərinin bələdiyyə sədrləri ilə keçirilən görüşdə bu toplantı Hövzə Elmləri İdarəsinin ofisində baş tutub. Fatimiyyə günlərinin başlanması münasibətilə Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinə başsağlığı verərək, idarəçilik, ictimai xidmət və cəmiyyətin dini tərbiyəsində o Həzrətin nurani həyat tərzindən ilham almağın zəruriliyini vurğulayıb.

Millətə xdmət etməyin dəyəri

Görüşün əvvəlində Ayətullah Ərafi, Daxili İşlər Nazirliyi rəhbərləri və əyalət bələdiyyə sədrlərinin səylərini yüksək qiymətləndirərək deyib: Xalqa xidmət böyük bir ibadətdir və əgər bu xidmət ilahi niyyətlə yerinə yetirilərsə, Allahın və Əhli-beytin (ə) razılığına səbəb olar.

O, Fatimiyyə günlərinin mənəvi atmosferinə işarə edərək əlavə edib: Biz Həzrət Fatimə Zəhranın (s.ə.) əzadarlıq günlərindəyik. Bu münasibətlə, icra məsuliyyətlərimizlə yanaşı, həmin mübarək xanımın elmi, ibadi, ictimai və siyasi dərəcələrini daha dərindən tanıtmağa xüsusi diqqət yetirməliyik. Çünki onun həyat tərzi insan həyatının bütün sahələri üçün mükəmməl nümunədir.

Hövzə Elmləri Ali Şurasının üzvü vurğulayıb: Qum şəhəri Əhli-beytin (ə) kəramətli xanımının diyarı  artıq min ildən çoxdur ki, Həzrət Fatimə Zəhranın (s.ə.) nurundan bərəkət alır. Bu şəhər o böyük xanımın ilahi lütfünün sayəsində elm, hikmət və mənəviyyat mərkəzinə çevrilmiş və bu gün də İslam aləmində dini düşüncənin bayraqdarıdır.

Qeyd edək ki, Qəyyumlar Şurasının fiqh üzvü kimi də fəaliyyət göstərən Ayətullah Ərafi, görüş zamanı şiə və sünni mənbələrinə əsaslanaraq deyib: Həm şiə, həm də sünni mənbələrində Həzrət Fatimə Zəhranın (s.ə.) dərəcəsi və məqamı haqqında çoxsaylı rəvayətlər mövcuddur. O cümlədən, hər iki məzhəbdə nəql olunan məşhur və mütəvatir bir hədisdə Peyğəmbər Əkrəm (s.ə.) buyurur: ‘Allah-taala Fatimə Zəhranın (s.ə.) nurundan göyləri və yeri işıqlandırdı və mələkləri onun nurunun parıltısından yaratdı.’ Bu rəvayət göstərir ki, Həzrət Zəhra (s.ə.) ilahi nur mənbəyidir və varlıq onun vucudunda işığında mənalanır.

Həzrət Fatimə Zəhra (s.ə.): İlahi nurun təcəllisi və varlıqda fəzilətin varisi 

Ayətullah Ərafi, bu rəvayəti fəlsəfi baxımdan izah edərək qeyd edib: İslam hikmətində kainat müxtəlif mərtəbələr və dərəcələrdən ibarətdir. İnsanlığın bu günə qədər kəşf etdiyi yalnız kainatın ilk hissəsi, yəni maddi aləmdir. Bütün qalaktikaların və elmin indiyə qədər ölçdüyü milyardlarla işıq ili ilə birlikdə, bunların hamısı kainatın kiçik bir hissəsini təşkil edir və daha yüksək aləmlərlə müqayisədə çox azdır. Qurani-Kərim bu aləmə “dünya” deyə istinad edir. Yəni alçaq və yaxın sferaya, daha yüksək aləmlərə nisbətən kiçik və məhdud sahəyə.

O əlavə edib: Bu maddi aləmlə yanaşı başqa aləmlər də mövcuddur; məsələn, mələklər aləmi və mövcudatsız aləmi (cəbr aləmi) ki, bizim maddi hisslərimizlə qavranıla bilməz. Bu aləmlərdə hər şey nur və həqiqət əsasında qurulub. Mələklər aləmi bir nur aləmidir. Bu nur fiziki işıqdan deyil, mənəvi, davamlı və ilahi nurla əlaqəli bir nurdur. Quranda da buyurulur:
“الله نور السماوات و الارض”.
“Allah göylərin və yerin nurudur.”
Bu işıq kainatı canlı və mənalı edən nurdur.

Hövzə Elmləri Rektoru, bu mərtəbələrin Həzrət Fatimə (s.ə.) ilə əlaqəsinə toxunaraq bildirib: Rəvayətdə Peyğəmbər (s.ə.) Həzrət Zəhranı (s.ə.) mələklərin və göylərin işıqlandığı bir nur olaraq xatırladır. Bu ifadə göstərir ki, Həzrət Fatimənin (s.ə.) mövcudluğu maddi aləmdən daha yüksək bir mərtəbədədir. Bu, saf nur və həqiqət aləmi olan mələklər aləmidir.

Ayətullah Ərafi davam edərək qeyd edib: Quranda və Əhli-beytin (ə) təlimlərində bildirilir ki, kainat nur üzərində qurulub. Həzrət Fatimə (s.ə.) bu ilahi nurun təcəlli edən mükəmməl nümunəsi və yaradan ilə məxluq arasında fəzilət və bərəkətin vasitəsidir. Bu mövqeyi anlamaq yalnız tarixi və ya rəvayət mövzusu deyil; bu, insanın kainat, ibadət və ictimai həyatla əlaqəsini dərinləşdirən bilikdir.

Ayətullah Ərafinin düşüncə sistemində şəhərə və vətəndaşlara xidmət / Bələdiyyə sədrləri təkcə infrastruktur menecerləri deyillər.

Şəhər Rəhbərlərinə Vacib Tövsiyə

Qəyyumlar Şurasının fiqh üzvü bildirib ki, sosial və idarəetmə sahəsində də, əgər şəhər rəhbərləri baxışlarını bu nurani və ilahi perspektivlə tənzimləsələr, xalqa xidmət yalnız inzibati vəzifənin sərhədlərini aşaraq ibadət və mənəvi təcrübəyə çevrilir. Bu, şəhər idarəçiliyinin strukturlarına nüfuz etməli olan ruhdur.

Hövzə Elmləri Ali Şurasının üzvü əlavə edib: Ümid edirik ki, bu görüşlər və fikir mübadilələri, xüsusilə şəhər idarəçiliyində yeni təşəbbüslərin başlanğıcında, bərəkət və dönüş mənbəyinə çevriləcək. Şəhərlərin inkişaf proqramları dini mədəniyyətdən ilhamlanaraq, sənədləşdirilmiş, məqsədli və İslami dəyərlərə əsaslanmış şəkildə həyata keçirilməlidir. Qum şəhəri isə bundan sonra da İslamın nurani sivilizasiyasının təcəlli etdiyi bir nümunə və ölkənin digər şəhərləri üçün örnək olmalıdır.

Ayətullah Ərafi vurğulayıb: Şiə və sünni rəvayətlərində bildirilir ki, Həzrət Fatimə Zəhra (s.ə.) namaz qıldığı zaman, onun ibadətindən bir nur göylərə yayılar və mələklər aləmi həmin işıqla işıqlanar. Eşlə bil ki, günəş və ay yeri işıqlandırır. Bu, heyrətamiz və ağıl üstü bir həqiqətdir, çünki mələklər aləmi mənalar və nur aləmidir və onu yalnız bilik və imanla dərk etmək mümkündür.

Hövzə Elmləri Rektoru əlavə edib ki, namaz İslam mədəniyyətində insanın Allaha yüksəlişi və ən ali yaxınlıq mərtəbəsidir: Həzrət Fatimənin (s.ə.) namazı, onun niyyətinin paklığı və dərin biliyi səbəbindən, mələkləri də işıqlandıran bir nur yaradır. Bu göstərir ki, insan əməllərinin həm zahiri, həm də batini tərəfi var; əməlin batini isə səmimiyyət və bilikdən doğan nura bərabərdir.

Səmimi ibadət və səmimi xidmət mömin insanın iki qanadı

Qəyyumlar Şurasının fiqh sahəsinin üzvü vurğulayıb: Əgər davranışımızda, ibadətimizdə və xidmətimizdə ilahi bilik və səmimi niyyəti mərkəzə qoysaq, o zaman əməllərimiz də nurla dolacaq və bu dünyanı aşaraq mənalar aləminə bağlanacaq. Həzrət Fatimənin (s.ə.) namazı bu mənanın tam təcəllisidir. Əgər onunla bağlı başqa rəvayət olmasa da, bu bir nümunə onun əvəzsiz böyüklüyünü göstərmək üçün kifayətdir.

Ayətullah Ərafi İslam dünyagörüşündə iki əsas sütunu qeyd edib: “İbadət” və “Xidmət”: İslam baxışında, Allaha ibadət və insanlara xidmət mömin insanın uçuşunun iki qanadıdır. İslam ibadəti ən yüksək səviyyədə qiymətləndirir və onu əxlaq, bilik və ədalətin dayağı hesab edir. Lakin, xidmət göstərmək də eyni dərəcədə önəmlidir və böyük bir ibadət kimi qəbul edilir.

Ayətullah Ərafi izah edib ki, İslamda xidmət sistemi bir ilahi və düşüncəvi sistemi təşkil edir və öz mahiyyətində ibadət ruhu ilə bağlıdır. Xalqa xidmət, əgər ilahi niyyətlə həyata keçirilsə, namaz və oruc kimi ibadət sayılır və mənəvi dəyərə malik olur. Bu baxış, rəhbərlərin və cəmiyyətə xidmət göstərənlərin məsuliyyətini çox ağırlaşdırır, çünki hər səmimi xidmət insanı Allah yaxınlığı yoluna yönəldə bilər.

 Elmi Hövzələrin Rektoru, ibadət və xidmət arasındakı əlaqəyə işarə edərək bildirib: Səmimi ibadət və səmimi xidmət əslində bir həqiqətin iki təzahürüdür. İnsan ibadət vasitəsilə Allaha yaxınlaşır, xidmət vasitəsilə isə həmin yaxınlığın təzahürünü yerdə həyata keçirir. Əgər ibadət cəmiyyətin ruhunu canlandırırsa, xidmət onun bədənini hərəkətə gətirir və cəmiyyəti inkişaf etdirir.

Şəhər rəhbərləri xalqa xidmətı ibadət kimi qəbul etməlidirlər

Qəyyumlar Şurasının fiqh üzvü vurğulayıb ki, İslam ümmətinin nicatı və kamilliyi “ibadət” və “xidmət” arasındakı vəhdətdədir. Yəni iman və mənəviyyat sosial, inzibati və mədəni fəaliyyətlərdə özünü göstərməlidir. Şəhər rəhbərləri əgər xalqa xidmətı ibadət kimi qəbul edər və ilahi niyyətlə hərəkət edərlərsə, şəhərlər yalnız abadlaşmaqla kifayətlənməyəcək, həm də nurani və ilahi bir məkana çevriləcək. Elə Qum şəhəri kimi, Həzrət Fatimə Zəhranın (s.ə.) bərəkəti ilə nur və elm məkanına dönmüşdür.

O, Həzrət Fatimə Zəhranın (s.ə.) yüksək mövqeyinə və ibadət ilə xidmətin İslam baxışındakı əhəmiyyətinə toxunaraq əlavə edib: İslami baxışda, ibadət və xidmət bir-birindən ayrılmaz həqiqətlərdir. Bunlar birlikdə müsəlmanın həyat tərzini və təmiz həyatın əsaslarını müəyyən edir.

Ayətullah Ərafi bu etik və bilik əsaslı vəhdəti açıqlayaraq bildirib: Bir çox rəvayətlərdə xalqa xidmət böyük ibadətlərlə eyni səviyyədə göstərilmişdir. Bəzi hədislərdə başqalarına xidmətin həcc və ümrə savabına bərabər olduğu, hətta bəzən ondan üstün hesab edildiyi bildirilib. Başqa bir rəvayətdə deyilir ki, əgər bir kimsə insanların yolundan daş götürsə ki, kimsə zərər görməsin, onun üçün bir ümrə savabı yazılar. Bu baxış göstərir ki, İslam baxımında xalqa xidmət böyük ibadətdir və ilahi niyyətlə insanı kamilliyin zirvəsinə çatdıra bilər.

O əlavə edib: İbadət və xidmət əslində bir ruhun iki ölçüsüdür. İbadət insanın Allahla gizli və sevgi dolu əlaqəsidir, xidmət isə onun Allahın bəndələri ilə sevgi və bağlılığıdır. Bu iki ölçü insanın varlığında birləşdikdə, tam insan ortaya çıxır  yalnız öz içində qapanmış yox, başqalarını sevgi, məsuliyyət və qayğı dairəsinə daxil etmiş bir varlıq.

İslamda xidmət sadəcə inzibati bir vəzifə deyil.

Elmi Hövzələrin rektoru qeyd edib: İslamda xidmət yalnız inzibati və ya maddi əməliyyat deyil. Xidmət insan və ilahi məhəbbətdən qaynaqlanır. Kim başqalarının çətinliklərini aradan qaldırmaq üçün könüllü, sevgi və diqqətlə çalışırsa, o, öz məhdud dairəsini aşmış və insanlıq yolunda addım atmış olur. Belə bir insan ‘Yusuf vücudunu ’ maddi mal və fayda ilə dəyişmir, əksinə onu ilahi razılıq yolunda xərcləyir.

Ayətullah Ərafinin düşüncə sistemində şəhərə və vətəndaşlara xidmət / Bələdiyyə sədrləri təkcə infrastruktur menecerləri deyillər.

İslam məntiqində kamil insan anlayışı

Ayətullah Ərafi İslamın baxışında “kamil insan” anlayışına toxunaraq qeyd edib ki, kamil insan odur ki, onun varlığında iki duyğu ən yüksək səviyyəyə çatmış olsun: Birincisi, ilahi və müqəddəs duyğu ki, bu da insanı ibadət, dua və Allahla mənəvi ünsiyyət yoluna yönəldir; ikincisi isə, məhəbbət və xidmət duyğusudur ki, bu da onu başqalarına qarşı mehriban, mərhəmətli və xeyirxah edir. Bu iki duyğu İslam məntiqində insan kamilliyinin əsas göstəriciləridir.

O əlavə edib ki, bəzən insanlar yalnız öz şəxsi və ailə dairələrində yaşayırlar, lakin bəziləri cəmiyyət, ümmət, hətta bütün bəşəriyyəti sevgi və məsuliyyət dairəsinə daxil edirlər. Ruhun bu genişliyi məhz ibadət və xidmətin vəhdətindən doğur.

Xalqa xidmət böyük nemət və ilahi əmanət

Həmin çıxışda Elmi Hövzələrin rektoru şəhər və icra qurumlarının məsuliyyətinə toxunaraq bildirib ki, xalqa xidmət imkanı böyük bir nemət və ilahi əmanətdir. Əgər bu xidmət ilahi niyyət və bəndəlik ruhu ilə müşayiət olunarsa, onun dəyəri ibadət qədər, hətta ondan da uca ola bilər.
İslam şəhəri o şəhərdir ki, onun idarəçiliyi məhəbbət, xidmət və mərifət prinsipləri üzərində qurulur.

Qəyyumlar Şurasının fəqihləri arasında yer alan Ayətullah Ərəfi qeyd edib ki, İslam idarəçiliyində xalqa xidmət əsas prinsiplərdən biridir və bu, İslam düşüncəsinin strukturlaşdırılmış bir hissəsidir. Əgər bu ruh idarə və sosial sistemlərimizə sirayət etsə, cəmiyyətimiz həyatın saf mənasına “həyat-təyyibəyə ” (mənəvi və xeyirli həyat) və ilahi sivilizasiyaya doğru hərəkət edəcək.
Beləliklə, xidmət İslam məntiqində sadəcə vəzifə deyil, insanı Allaha yaxınlaşdıran səma mənşəli bir ibadətdir.

O, əlavə edib ki, xidmət göstərmək saf və mənəvi həyatın əsas sütunlarındandır və İslam baxışında ibadətlə yanaşı dayanaraq möminin həyatı üçün həqiqi məna yaradır.

Ayətullah Ərafi vurğulayıb ki, xidmətin ruhu insanın öz mənliyindən çıxması, fərdiyyət dairəsini aşması və başqalarını öz varlığının bir hissəsi kimi dərk etməsidir.
Kamil insan odur ki, həm ibadətdə, həm də xidmətdə addım atır. İbadət onu Allaha bağlayır, xidmət isə onu insanlara və yer üzünə. Bu iki amilin vəhdəti mömin və kamil insanın mahiyyətini təşkil edir.

İnsanların işini asanlaşdırmağın dəyəri

Ayətullah Ərafi çıxışının davamında deyib: Bəzən insanlar işləyirlər, çünki buna borcludurlar və ya qarşılığında maaş alırlar. Lakin İslam məntiqində xidmət anlayışı bunun fövqündədir. Onun həqiqi dəyəri o zaman üzə çıxır ki, insan sevgi, səmimiyyət və daxili məsuliyyət hissi ilə xalqın çətinliyini aradan qaldırmağa çalışsın. Bu xidmətdəki sevgi insan kamilliyinin göstəricisidir.

Qəyyumlar şurasının üzvü əlavə edib ki, İslam düşüncə sistemində hətta gündəlik və sadə işlər əgər ilahi niyyət və xidmət ruhu ilə yerinə yetirilərsə, ibadət dəyəri qazanır.
Xidmət fürsətləri qısadır gənclik, vəzifə və məsuliyyət dövrləri tez keçir, lakin əgər bu fürsətlər səmimi niyyət və ilahi ruhla müşayiət olunarsa, onlar əbədi mənəvi sərvətə çevrilir və təsiri cəmiyyətin yaddaşında daimi qalır.

Uğurlu bələdiyyə sədrinin (şəhər rəhbərinin) xüsusiyyətləri

Elmi Hövzələrin rektoru qeyd edib ki, uğurlu şəhər rəhbəri yalnız inşaat və infrastruktur fəaliyyətlərinə deyil, həm də şəhərin mənəvi, mədəni və insani aspektlərinə diqqət yetirən şəxsdir. Belə bir rəhbər şəhərin fiziki inkişafı ilə vətəndaşların mənəvi və mədəni kamilliyini əlaqələndirə bilən geniş baxışa malik olmalıdır. Məhz bu cür baxış xoşbəxt, balanslı və davamlı inkişaf edən cəmiyyətin formalaşmasına gətirib çıxarır.

O vurğulayıb ki, bələdiyyəçilik və şəhərsalma fəaliyyətlərində hərtərəfli və gələcəyə yönəlik baxış olduqca vacibdir. Şəhər planlaşdırılması dəqiq tədqiqatlara, xalqın real ehtiyaclarının tanınmasına və İslam dəyərlərindən ilhamlanmağa əsaslanmalıdır ki, görülən işlər həm effektiv, həm də davamlı olsun.

Ayətullah Ərafi qeyd edib ki, şəhər idarəçiliyi yalnız layihələrin icrası ilə məhdudlaşmamalı, bu fəaliyyətlər elmi, sosial və mədəni təhlil və planlaşdırmaya əsaslanmalıdır.

Keçmiş təcrübələr və uğursuz layihələrin səbəbləri

O, ölkədə həyata keçirilən bəzi infrastruktur layihələrinə toxunaraq bildirib ki, bənd tikintisi, yol salınması və su ötürmə layihələrində tez-tez ictimai və ekoloji tədqiqatların yetərincə aparılmaması müşahidə olunur. Əgər bu layihələrdə sosial, mədəni və ekoloji tədqiqatlar texniki hesablamalarla yanaşı aparılsaydı, nəticələr daha faydalı və uzunömürlü olardı.

Ayətullah Ərafi şəxsi müşahidəsindən bir nümunə gətirərək deyib: Uzun illər Tehran–Qum yolunda gedib-gələrkən yol kənarlarında geniş miqyaslı ağacəkmə kampaniyalarına şahid olurdum. Lakin bu gün eyni yola baxanda, yalnız bir neçə ağac və az miqdarda yaşıllıq qalıb. Əgər o zaman səthi və xətti şəkildə deyil, elmi araşdırmalar əsasında, müəyyən nöqtələrdə dərin və davamlı yaşıl məkanlar salınsaydı, təsiri daha böyük olardı.


O əlavə edib ki, son iyirmi ildə bir çox xarici ölkələrə səfərləri zamanı şəhərsalmanın orada uzunmüddətli elmi planlara əsaslandığını müşahidə edib: Onlar şəhərləri on illərlə öncədən planlaşdırır, mədəni, ekoloji və sosial aspektləri birlikdə nəzərə alırlar. Bizdə isə bəzən iri layihələr bu cür geniş baxış olmadan həyata keçirilir və nəticədə uzunmüddətli səmərə əldə olunmur.

Su, ətraf mühit və şəhərsalma üçün elmi-strateji milli planın zəruriliyi

Elmi Hövzələrin rektoru vurğulayıb ki, hazırda ölkənin on iki əyalətində dənizdən suyun köçürülməsi layihələri planlaşdırılır. Bu layihələr zəruri görünsə də, elmi, sosial və ekoloji baxımdan yetərli tədqiqat aparılmadan icra olunarsa, geri dönməz fəsadlara səbəb ola bilər.

O bildirib ki, müxtəlif hökumətlərin yüksək səviyyəli rəsmiləri ilə görüşlərində dəfələrlə su ehtiyatları, ətraf mühit və şəhərsalma sahəsində milli səviyyədə strateji və elmi əsaslı planın hazırlanmasının vacibliyini vurğulayıb.
Şəhər idarəçiliyi sadəcə tikinti işi deyil; o, bir cəmiyyətin sosial və mədəni həyatını yönləndirmə sənətidir.

Ayətullah Ərafi şəhərlərdə sosial və mədəni dəyişikliklərin tanınmasının əhəmiyyətinə toxunaraq əlavə edib ki, şəhər idarəçiliyindəki əsas problemlərdən biri, sosial və mədəni məlumatların qərar qəbuletmə proseslərinə düzgün şəkildə daxil edilməməsidir.
Bu gün yaşayış tərzi, ictimai davranış və ünsiyyət formaları barədə çoxlu məlumatlar mövcuddur və əgər bunlar düzgün analiz olunsa, daha dəqiq və məqsədyönlü qərarların qəbuluna zəmin yaradar.

Ayətullah Ərafinin düşüncə sistemində şəhərə və vətəndaşlara xidmət / Bələdiyyə sədrləri təkcə infrastruktur menecerləri deyillər.

Şəhər idarəçiliyi hərtərəfli, elmi, mədəni və gələcəyə yönəlik baxış tələb edir

Ayətullah Ərafi vurğulayıb ki, şəhər idarəçiliyi hərtərəfli, elmi, mədəni və gələcəyə yönəlmiş baxışa ehtiyac duyur. Əgər bələdiyyə rəhbərləri bu baxışla fəaliyyət göstərsələr, şəhərlərimiz canlı, balanslı və insani mühitlərə çevriləcək. Elə şəhərlərə ki, orada həm maddi inkişaf, həm də mənəvi yüksəliş bir arada olacaq.

Elmi Hövzələrin rektoru şəhər idarəçiliyində kompleks yanaşmanın vacibliyini vurğulayaraq qeyd edib ki, mədəni, sosial və kimliklə bağlı məsələlərə, inşaat və xidmət layihələri ilə yanaşı, ciddi diqqət yetirilməlidir.
O əlavə edib ki, bu gün sosial məlumatların (data) düzgün istifadəsi şəhər planlaşdırmasında mühüm əhəmiyyət daşıyır.

Gələcəyə yönəlik idarəçiliyin əsas göstəricilərindən biri, cəmiyyətin sosial davranışlarını və ünsiyyət əlaqələrini tanımaqdır. Məsələn, Ramazan ayı kimi dövrlərdə ünsiyyət və əlaqə statistikası cəmiyyətin mədəni dəyişiklikləri barədə dəyərli məlumat verir və bu, şəhərlərin sosial-mədəni planlaşdırılmasında bələdiyyələrə kömək edə bilər.

Ayətullah Ərafi bildirib ki, şəhər idarəçiliyi yalnız inşaat və fiziki inkişafla məhdudlaşmamalıdır.
İnfrastruktur baxışla yanaşı, sosial baxış da vacibdir, çünki hər bir şəhər layihəsinin özünəməxsus mədəni və ictimai təsiri mövcuddur.
Bu təsirlər nəzərə alınmadan hazırlanan layihələr tam və davamlı nəticə verə bilməz.

O, Ali Mədəni Şura tərəfindən qəbul olunmuş qərara toxunaraq bildirib ki, hər bir infrastruktur layihəsinin mədəni əlavəsi (mədəni qiymətləndirmə sənədi) olmalıdır. Lakin təəssüf ki, bu məsələ əksər hallarda lazımi ciddiyyətlə yerinə yetirilmir.

Ayətullah Ərafinin sözlərinə görə: Hər bir icra layihəsi mədəni baxımdan dəyərləndirilməlidir ki, onun ictimai və mənəvi nəticələri əvvəlcədən məlum olsun.

Ayətullah Ərəfi həmçinin İslam–İran memarlıq modelinin əhəmiyyətinə toxunaraq deyib: İslam memarlığında ağıl, hikmət və estetik zövq bir-biri ilə vəhdət təşkil edir. Bu vəhdət əbədi və mənalı sənət əsərləri yaradır.

O, xüsusilə İsfahandakı Şeyx Bəhai irsini misal gətirərək qeyd edib ki, onun yaratdığı memarlıq nümunələri mühəndislik, riyaziyyat və fəlsəfənin vəhdəti üzərində qurulmuşdur və bu səbəbdən əsrlər keçsə də, həmin abidələr ruh və mənəvi dərinliyini qoruyur.

Ayətullah Ərafi İsfahanın tarixi Çaharbağ mədrəsəsindəki yaşayış illərini xatırlayaraq deyib: Uzun illər orada yaşamışam və heç vaxt o mühitdən yorulmamışam. Bu da onu göstərir ki, orijinal İslam–İran memarlığı təkcə zahiri gözəllik deyil, həm də ruh və mənəvi enerji daşıyır. Çünki bu əsərləri yaradan insanlar alimlər, müdriklər və mənəviyyat sahibləri idilər.

Memarlıq və şəhərsalma sahələrinin yenilənməsinin zəruriliyi

Elmi Hövzələrin rektoru bildirib ki, bu gün universitetlər, elmi mərkəzlər və dini təhsil ocaqları memarlıq və şəhərsalma ilə bağlı ixtisasları yeniləməli, texniki biliklərlə İslam hikmətini birləşdirməlidirlər.
Beləcə, həm dövrün tələblərinə uyğun, həm də İslam–İran mədəni köklərinə bağlı layihələr ərsəyə gələ bilər.

Ayətullah Ərafi vurğulayıb: Siz, şəhər rəhbərləri, bu istiqamətdə öncül ola bilərsiniz. Nazirliklər, universitetlər və mədəni qurumlarla əməkdaşlıq edərək İslam şəhəri, İran kimliyi və mənalı memarlıq haqqında yeni bir elmi və mədəni diskurs formalaşdırmaq lazımdır. Bu toplantı, belə məqsədlərin həyata keçirilməsi üçün mühüm fürsətdir.


Ayətullah Ərafi ölkənin tarixi irsinin qorunmasına toxunaraq deyib: Bizim mədəni kimliyimizin böyük bir hissəsi tarixi abidələrdə və qədim şəhər məkanlarında yaşayır. Təəssüf ki, bu irs ciddi şəkildə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Əgər onu qorumasaq, milli və dini kimliyimizin bir hissəsini itirmiş olarıq.

O əlavə edib ki, bu məsuliyyət yalnız Mədəni İrs Nazirliyinə aid deyil. Bələdiyyələr də bu prosesdə əsas rol oynamalıdırlar.

Şəhər rəhbərləri yalnız inşaat menecerləri deyillər

Ayətullah Ərafi qeyd edib: Bələdiyyə rəhbərləri özlərini yalnız inşaat layihələrinin idarəçiləri kimi deyil, həm də şəhər həyatının ruhunun, tarixinin və mədəniyyətinin qoruyucuları kimi görməlidirlər.
Hər bir layihə, bina və küçə İslam və İran kimliyinin mesajını daşımalıdır. Ancaq o zaman şəhər canlı, mənalı və ruhani dəyərlərlə dolu olacaq.


Qəyyumlar Şurasının fəqih üzvü şəhər və sosial idarəetmədə ədalətin təmin edilməsinin vacibliyinə toxunaraq, vətəndaşlar arasında əməkdaşlıq və həmrəylik ruhunun gücləndirilməsini vacib sayıb.
O qeyd edib ki, İslam cəmiyyətində hər bir fərd ədalətli şəkildə xidmət və imkanlardan yararlandığını hiss etməlidir və heç kəs özünü digərlərindən üstün görməməlidir.

Ayətullah Ərafi “fikri ədalət” və “rolda ədalət” anlayışlarını izah edərək bildirib: Ədalət yalnız resursların bölüşdürülməsində deyil. Həm də idarəetmə düşüncəsində, sosial münasibətlərdə və ictimai rol bölgüsündə təzahür etməlidir.


O əlavə edib ki, əvvəllər şəhərlərdə rayonlar və sosial təbəqələr arasında böyük fərqlər var idi, lakin bu gün məqsəd odur ki, bütün sakinlər bərabər şəkildə şəhər xidmətlərindən yararlana bilsinlər. İslam cəmiyyətində vətəndaşlıq anlayışı ədalət, xidmətlərə balanslı çıxış və bərabər imkanlar üzərində qurulmalıdır.

Elmi Hövzələrin rektoru əlavə edib ki, vətəndaş iştirakçılığı bütün uğurlu infrastruktur və sosial layihələrin əsas sütunudur. Harada insanlar qərar qəbuletmə və icra prosesində iştirak ediblərsə, orada nəticələr daha yaxşı və davamlı olub.
Bu gün dünyada ictimai iştirakçılığın yeni modelləri formalaşıb və biz həm daxili, həm də beynəlxalq uğurlu təcrübələrdən faydalanmalıyıq.

Qadınların ehtiyac və məqamına uyğun şəhər xidmətləri

Ayətullah Ərəfi çıxışının bir hissəsində İslam cəmiyyətində qadının mövqeyinə toxunaraq bildirib ki: Hicab və ismət mövzusu həssaslıqla, elmi və düzgün mədəni üsullarla təqib olunmalıdır.
Lakin eyni zamanda qadınların hüquqları və onların ictimai-sosial tələbləri diqqətdən kənarda qalmamalıdır.
Şəhər xidmətləri qadınların şəxsiyyətinə, ehtiyaclarına və sosial roluna uyğun şəkildə layihələndirilməlidir ki, onlar da cəmiyyətdə daha təsirli və fəal rol oynaya bilsinlər.

Elmi Hövzələrin ali şurasının üzvü əlavə edib ki, ölkənin müxtəlif bölgələrinə etdiyi səfərlər zamanı onun əsas narahatlıqlarından biri qadınlar və ailələr üçün ədalətə əsaslanan və balanslı xidmətlərin təmin olunması olub.
Bu istiqamətdə uğur əldə etmək üçün dəqiq planlaşdırma, insani və İslam baxışı, həmçinin məsul rəhbərlərin əməkdaşlığı zəruridir ki, nəticədə daha ədalətli və dinamik bir cəmiyyət formalaşsın.

Qəyyumlar Şurasının fəqih üzvü, vilayətlər üzrə bələdiyyə rəhbərləri ilə görüşündə, xalqın iştirakı və qadınlara diqqətin artırılmasının vacibliyini vurğulayaraq deyib: Şəhərin idarə olunması kollektiv və məsuliyyətli bir işdir. Elə bir nöqtəyə çatmalıyıq ki, heç kim özünü digərlərindən üstün görməsin.
Şəhər hamımızındır, idarəçilik ümumi bir məsuliyyətdir.

Şəhər idarəçiliyində dəyişimin üç əsas istiqaməti

Ayətullah Ərəfi şəhər idarəçiliyində dönüş yaratmaq üçün üç əsas istiqamət göstərib:

1. İdarəetmədə ədalət və rolların düzgün bölgüsü


2. Vətəndaşların geniş və fəal iştirakı


3. Qadınların hüquq və ehtiyaclarına xüsusi diqqət

O qeyd edib ki, ədalət təkcə xidmətlərin bərabər paylanması deyil. O, həm də idarəetmə düşüncəsində, qərarvermə prosesində və sosial rolların bölgüsündə öz əksini tapmalıdır.
Əgər bir rəhbər ədalətli baxışla fəaliyyətə başlasa, o, bütün strukturda müsbət və davamlı dəyişikliklər yarada bilər.

Ayətullah Ərafi əlavə edib ki, keçmişdə şəhərlərdə xidmətlərin qeyri-bərabər paylanması və bölgələrarası fərqlər sosial narazılığa səbəb olub.
Bu səbəbdən o, bütün vətəndaşların xidmətlərdən ədalətli və balanslı şəkildə yararlanması üçün ciddi səylər göstərilməsini vacib sayıb.
Şəhər infrastrukturu elə qurulmalıdır ki, ədalətli idarəçiliyin ruhu orada hiss olunsun.

İctimai iştirak şəhər, mədəniyyət və vətəndaş inkişafının açarı

Ayətullah Ərafi qeyd edib ki: Harada insanlar layihələrin layihələndirilməsi və icrasında iştirak ediblərsə, orada nəticələr daha keyfiyyətli və davamlı olub. İctimai rəyin öyrənilməsi və xalqın razılığının qazanılması həm işin keyfiyyətini artırır, həm də ümumi məsuliyyət hissini möhkəmləndirir.

O, həmçinin idarələrarası və proqramlararası əməkdaşlıq mexanizmlərinin yaradılmasının zəruriliyini vurğulayıb: Biz institutlar arasında koordinasiya və qarşılıqlı əlaqə infrastrukturunu gücləndirməliyik. Çünki bir çox şəhər problemlərinin kökü uyğunsuzluq və natamam tədqiqatlarda yatır. Əgər rəhbərlər passiv olsalar, yarımçıq həll yolları meydana çıxacaq. Lakin biz fəal və irəliləyən idarəçilik nümayiş etdirsək, məqsədyönlü investisiyalar və uzunmüddətli planlaşdırma reallaşar.

Elmi Hövzələrin rektoru beynəlxalq təcrübələrinə əsaslanaraq bildirib ki, dünyada iki səviyyədə təsir gücü mövcuddur: Birincisi, rəsmi siyasi güc, ikincisi isə xalq səviyyəsində olan mədəni və ictimai potensialdır. Mənim səfər etdiyim yüzə yaxın ölkənin təcrübəsi göstərir ki, xalq səviyyəsindəki sosial və mədəni qatlar, gələcək şəhər və cəmiyyət modelinin formalaşmasında müəyyənedici rol oynaya bilər. Biz bu potensialdan mədəni təsir və yumşaq gücün inkişafı üçün istifadə etməliyik.

Ayətullah Ərafi vurğulayıb ki, turizm, təhsil və şəhər infrastrukturu sahələrində böyük imkanlar mövcuddur və bu sahələr mədəni və vətəndaş inkişafının əsas dayaqlarına çevrilə bilər. Əgər idarəçilik düzgün olsa, hətta az inkişaf etmiş bölgələr belə nümunəvi və uğurlu mərkəzlərə çevrilə bilər. Mövcud resurslardan ağıllı şəkildə istifadə etməklə, həm ölkə daxilində, həm də Cənub-Şərqi Asiya regionunda mədəni nüfuzumuzu gücləndirə bilərik.

Ayətullah Ərəfi idarələr arasında koordinasiyanın vacibliyini vurğulayaraq bildirib: Turizm, təhsil və şəhər inkişafı sahələrində çoxsaylı imkanlar mövcuddur. Uyğun planlaşdırma və mövcud maliyyə resurslarından səmərəli istifadə ilə bu sahələrdə mədəni və vətəndaş yönümlü inkişaf təmin oluna bilər. Əgər idarəçilik düzgün aparılarsa, hətta az inkişaf etmiş bölgələr də nümunəvi və uğurlu mərkəzlərə çevrilə bilər.

Ayətullah Ərafinin düşüncə sistemində şəhərə və vətəndaşlara xidmət / Bələdiyyə sədrləri təkcə infrastruktur menecerləri deyillər.

İctimai xidmətlərin dərinləşdirilməsinin zəruriliyi

Qəyyumlar Şurasının fəqih üzvü, şəhər bələdiyyə rəhbərləri və vilayət idarəçilərinin roluna toxunaraq bildirib: İdarələr arasında koordinasiya və vətəndaşların potensialından faydalanmaqla ictimai xidmətləri cəmiyyətin dərinliyinə qədər çatdırmaq və həqiqi təsir yaratmaq mümkündür.
Bu iş hərtərəfli baxış və dəqiq planlaşdırma tələb edir ki, bütün sosial qruplar inkişaf və resurslardan bərabər şəkildə yararlana bilsinlər.

Ayətullah Ərəfi həmçinin infrastruktur və insan resurslarının inkişafının vacibliyini vurğulayıb: İdarəetmə, təhsil və universitetlər arasında koordinasiya tarazlı inkişafın əsas şərtidir. Bu üç sahə birgə əməkdaşlıq etməklə uğurlu təcrübələri, təlim və maarifləndirmə imkanlarını ölkə üzrə yayımlaya bilər.

Etik prinsiplər və peşəkar davranışın əhəmiyyəti

Ayətullah Ərəfi çıxışının digər hissəsində etik prinsiplər və inzibati davranış qaydalarının vacibliyini qeyd edib: İnzibati fəaliyyət və idarəetmədə etik və peşəkar normalara riayət ictimai inamı gücləndirir və sistemin effektivliyini artırır.
Bu, infrastruktur və mədəni proqramlarla birlikdə, cəmiyyətin davamlı inkişafının əsasını təşkil edir.

Uzunmüddətli planlaşdırma və səmərəli idarəetmə

Ayətullah Ərəfi vurğulayıb ki, vilayət və şəhər inkişafı üçün uzunmüddətli əməkdaşlıq və hərtərəfli planlaşdırma zəruridir: Ümid edirəm ki, bütün rəhbərlər və məsul şəxslər mövcud imkanlardan səmərəli istifadə edərək, ölkədə hərtərəfli inkişaf və transformasiya üçün zəmin yaradacaqlar.
Bunun müsbət təsirləri həm milli, həm də regional səviyyədə görünəcək.

O, həmçinin sosial və mədəni infrastrukturun yenilikçi inkişafı məsələsinə diqqət çəkib: Bu mövzular vilayət və şəhər idarəçiliyi qarşısında duran əsas məsələlərdir və ciddi diqqət tələb edir.


Ayətullah Ərəfi əlavə edib ki, rəhbərlər və məsul şəxslər ailə, əhali və müxtəlif sosial qrupların hüquqları məsələlərinə diqqət yetirməlidirlər: Rəhbərlər səmimi və məsuliyyətli fəaliyyət göstərməklə xalqın hüquqlarının və ehtiyaclarının təmin olunmasına zəmin yarada bilərlər.

O, həmçinin idarələr və sahələr arasında koordinasiyanın vacibliyini vurğulayıb: Bütün sahələr qadın və kişi bölmələri  harmoniyalı və əlaqəli şəkildə fəaliyyət göstərməlidir. Müəllimlər və rəhbərlər elmi və mədəni resurslardan istifadə edərək, vilayətlər və ölkə səviyyəsində təsirli işlər görə bilərlər.

Ayətullah Ərəfi çıxışının sonunda qadınlar üçün təhsil və onların rolu məsələsinə diqqət çəkərək bildirib: Qadın sahələrinin rolu və onların təhsil imkanları çox vacibdir. Onların potensialı və ehtiyacları nəzərə alınaraq planlaşdırma və dəstək təmin edilməli, beləliklə güclü elmi və mədəni cəmiyyət formalaşdırılsın.

Xəbərin sonu.

Ayətullah Ərafinin düşüncə sistemində şəhərə və vətəndaşlara xidmət / Bələdiyyə sədrləri təkcə infrastruktur menecerləri deyillər.

Ayətullah Ərafinin düşüncə sistemində şəhərə və vətəndaşlara xidmət / Bələdiyyə sədrləri təkcə infrastruktur menecerləri deyillər.

Ayətullah Ərafinin düşüncə sistemində şəhərə və vətəndaşlara xidmət / Bələdiyyə sədrləri təkcə infrastruktur menecerləri deyillər.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha